Nəsil | IEEE standartı |
Təsdiqlənmə tarixi |
Maksimum sürət (Mbit/s) |
Radio tezlik (GHz) | ||
---|---|---|---|---|---|---|
Wi-Fi 7 | 802.11be | 21 mart 2019 | 1376-46120 | 2.4 | 5 | 6 |
Wi-Fi 6/6E | 802.11ax | 27 mart 2014 | 574-9608 | 2.4 | 5 | 6[1] |
Wi-Fi 5 | 802.11ac | 26 sentyabr 2008 | 433-6933 | ↓[2] | 5 | |
Wi-Fi 4 | 802.11n | 11 sentyabr 2003 | 72-600 | 2.4 | 5 | |
(Wi-Fi 3)* | 802.11g | 21 sentyabr 2000 | 6-54 | 2.4 | ||
(Wi-Fi 2)* | 802.11a | 16 sentyabr 1997 | 5 | |||
(Wi-Fi 1)* | 802.11b | 9 dekabr 1997 | 1-11 | 2.4 | ||
(Wi-Fi 0)* | 802.11 | 21 mart 1991 | 1-2 | 2.4 | ||
*Wi‑Fi 0, 1, 2, və 3 markasız ümumi istifadədədir.[3][4] |
IEEE 802.11be, Wi-Fi 7 və ya Extremely High Throughput (EHT) – IEEE 802.11 standartının[5] növbəti versiyası.[6][7][8] O, 802.11ax standartına əsaslanaraq, 2.4, 5 və 6 GHz tezlik diapazonlarında stasionar və piyada sürətləri ilə daxili və açıq havada işləyən simsiz lokal şəbəkə olmağı hədəfləyir.[9] Faktiki nəticələr xeyli aşağı olsa da, sürətlərin nəzəri olaraq maksimum 46 Gbit/s-ə çatacağı gözlənilir.[10]
802.11be-nin hazırlanması davam edir. İlkin layihə 2021-ci ilin martında təqdim edilsə də, yekun variantı 2024-cü ilin əvvəlinə gözlənilir.[7][11][12] Buna baxmayaraq, 2022-ci ildə qaralama halında olan standartlar əsasında çoxlu sayda məhsul açıqlanmışdır. Onlar 2023-cü ilin əvvəllərində bazara çıxarılmışdı.
Qlobal Wi-Fi 7 bazarı 2023-cü ildə 1 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 2030-cu ilə qədər bu rəqəmin 24,2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.[13]